Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşünün məzmunlu olduğunu bildirib.
Bu barədə Bakıvaxtı.az Ukrayna KİV-lərinə istinadən xəbər verir.
"Bu səfərə görə təşəkkür edirəm. Bizim məzmunlu söhbətimiz oldu. Bu dialoqu davam etdirəcəyik", - V.Zelenski bildirib.
O həmçinin qeyd edib ki, Slovakiyanın Baş nazirini ABŞ Prezidenti Donald Trampla söhbəti və "İstəklilər koalisiyası"nın iclasının nəticələri barədə də məlumatlandırıb.