RU

Oğuzda ağacları kəsməkdə şübhəli bilinən şəxs saxlanıldı -YENİLƏNDİ

Astara rayonunun Ojakəran kəndində ağacların kəsilərək meşə təsərrüfatına ziyan vurulması faktı ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Redaktor.az xəbər verir ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
47
26
redaktor.az

10Источники