Ukrayna yalnız enerji resurslarının Rusiya mənşəli olmaması şərti ilə Slovakiyaya neft və qaz tədarük etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiya Baş naziri Robert Fitso ilə birgə mətbuat konfransında bildirib.
“Biz Slovakiyaya qaz və neft tədarük etməyə hazırıq, əgər bu Rusiya qazı və ya Rusiya nefti deyilsə. Burada başqa heç bir şərt yoxdur”, – deyə Zelenski vurğulayıb.