RU

“Gürcüstanda hakimiyyətin devrilməsi olmayacaq” Baş nazir

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Gürcüstan dövləti öz mövqeyindədir və heç kimə onu dinc və ya başqa formada devirməyə imkan verilməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistin müxalif siyasətçilərin “dinc yolla devrilməsi” ilə bağlı bəyanatlarına cavabında bildirib ki,

Rustaveli prospekti hərəkatının lideri Paata Burçuladze oktyabrın 4-nü (yerli hakimiyyət orqanlarına seçkilər günü) “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Müxalifət bu ideyanı dəstəkləsə də, dəqiq tarix barədə danışmağın yersiz olduğunu vurğulayıb.

Baş nazirin sözlərinə görə, müxalifətin bu kimi açıqlamaları radikal qüvvələrin əsl simasını göstərir:

“Bütün bu illər ərzində onlar davamlı olaraq hökuməti devirməkdən, inqilabdan danışırlar. Onların uğur qazana bilməməsi isə əslində onların sifətindən, ruhundan və münasibətindən xəbər verir. Xarici agentlər də məhz bu cür hərəkət edirlər”, – Kobaxidze əlavə edib

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
icma.az

1Источники