Kent hersoginyası Ketrin Lüsi Meri Uorsli 92 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Bukingem sarayının məlumatına görə, Ketrin Kensinqton sarayında ailəsinin əhatəsində həyatını itirib. O, 2022-ci ildə kraliça II Elizabetanın vəfatından sonra kral ailəsinin ən yaşlı üzvü olmuşdu.
Kent hersoginyası 1961-ci ildə kraliça II Elizabetanın əmisi oğlu Eduardla evlənib. On ildən çox dövlət məktəbində musiqi müəllimi kimi fəaliyyət göstərmiş, 2004-cü ildə isə aztəminatlı uşaqlara musiqi üzrə dəstək vermək məqsədilə “Gələcək İstedadlar” xeyriyyə təşkilatını yaradıb.