Azərbaycanın U-21 futbol yığması bu gün Portuqaliya ilə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, görüş AÇ 2027-nin seçmə mərhələsi çərçivəsində keçirilib. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Görüş yığmamızın 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız B qrupunda yer alıb. Bu qrupda bu gün daha iki oyun keçiriləcək. Çexiya Şotlandiya ilə, Bolqarıstan isə Cəbəllütariqlə qarşılaşacaq. U-21 milli komandamız 4 gün sonra Bakıda Bolqarıstanı qəbul edəcək.

AÇ 2027, seçmə mərhələ

B qrupu

22:30 Portuqaliya - Azərbaycan 5:0