RU

Azərbaycanın U-21 millisi Portuqaliya yığmasına məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gəlib. 

Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda gerçəkləşən matç rəqibin qələbəsi ilə bitib - 5:0. 

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.

Избранный
24
4
bakivaxti.az

9Источники