RU

Mark Zukerberq adaşı tərəfindən məhkəməyə verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mark Zukerberq Mark Zukerberqi məhkəməyə verib - "Facebook"un təsisçisinin adaşı sosial şəbəkənin ona haqsız yerə qadağa qoymasından şikayətlənir.
Oxu.Az-ın xəbərinə görə, yerli "Fox59" nəşri məlumat verib.
Məlumata görə, ABŞ-nin İndiana ştatının İndianapolis şəhərindən olan hüquqşünas Mark Zukerberq, həmçinin "Facebook" sosial şəbəkəsinin də sahibi olan "Meta Platforms"u məhkəməyə verib.
"Bankruptcy Law Office" hüquq firmasının rəhbəri olan Mark Zukerberq iddia edir ki, onun hesabları son səkkiz il ərzində beş dəfə bloklanıb. Bloklamalar təkcə Zukerberqin şəxsi səhifələrinə deyil, həmçinin biznes hesablarına da təsir göstərib, baxmayaraq ki, o bu hesablarda reklam üçün pul ödəyib. Hüquqşünas burada reklamlar yerləşdirir və müştərilərlə dialoq aparır. Bununla belə, moderasiya sistemi onu "Meta" şirkətinin baş direktoru və platformanın qurucusu Mark Zukerberqi təqlid edən şəxs kimi qeyd edir.
Məhkəmə sənədlərinə görə, "Meta" administrasiyası bloklanmanı istifadəçinin özünü "məşhur kimi təqdim etməsi" və "əsl adından" istifadə etməməsi ilə əsaslandırıb.
Hüquqşünas Mark Zukerberq iddia edir ki, "Meta"ya sürücülük vəsiqəsini, bank kartının məlumatlarını və fotoşəkillərini təqdim edib, o cümlədən artıq üç onilliklər ərzində öz adı ilə vəkillik fəaliyyəti ilə məşğul olduğunu izah edib. Bundan əlavə, Zukerberq iddia edir ki, "Meta" onun biznes səhifəsini bloklayaraq, 11 min dollarlıq reklam ödənişi saxlayıb.
"Xeyr, Mark Zukerberq "Facebook"u yaratmayıb. O, müflisləşmə işləri üzrə İndianadan olan vəkildir və 34 ildən artıqdır ki, insanların borc problemlərini həll etməyə kömək edir", - deyə "Bankruptcy Law Office of Mark S. Zuckerberg" şirkətinin saytında yazılıb.
Избранный
15
3
oxu.az

10Источники