BAKI, 6 sentyabr. TELEQRAF
Vaşinqtonda Venesuela hökumətini devirmək məsələsi müzakirə olunmur.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib.
"Biz bu barədə danışmırıq", - o, ABŞ-nin Venesuelada rejim dəyişikliyini istəyib-istəmədiyi barədə suallı cavablandırarkən söyləyib.
Tramp iddia edib ki, Venesueladan ABŞ ərazisinə "milyardlarla dollar dəyərində narkotik maddə partiyaları", həmçinin cinayətkarlar gəlir.
"Venesuela çox pis davranır, biz bunu başa düşürük. O gəmidə (ABŞ HHQ-nin zərbə endirdiyi - red.) daşınan torbalarda Birləşmiş Ştatların yüz minlərlə sakininin ölümü var idi", - prezident bildirib.
Bundan əlavə, Ağ Ev rəhbəri ABŞ donanmasına təhlükə yaradacaq Venesuela hərbi təyyarələrinin vurulacağını bəyan edib.