RU

ABŞ Rusiya və Çinlə döyüşmək qərarından vaz keçib Politico

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Müdafiə Nazirliyi yeni Milli Müdafiə Strategiyasında əsas prioritetlərə yenidən baxmağı nəzərdən keçirir. 

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. 

Qeyd olunur ki, ilkin layihə ilə tanış olan mənbələrin sözlərinə görə, diqqət ABŞ ərazisinin və Qərb yarımkürəsinin müdafiəsinə yönələ bilər. Bu isə Rusiyaya və Çinə qarşı ənənəvi diqqətdən müəyyən qədər imtina deməkdir.

Mənbələrdən biri nəşrə bildirib:

 “Strategiya layihəsi illər sonra ilk dəfə daxili və regional missiyaları Pekin və Moskva kimi rəqibləri qabaqlayaraq ön plana çıxarır”.

Qeyd olunur ki, bu dönüş ABŞ-ın müdafiə siyasətini izləyən ekspertlər üçün gözlənilməz olub. Çünki son illərdə həm Respublikaçı, həm də Demokrat administrasiyalar Çini Vaşinqton üçün təhdid kimi dəyərləndirirdilər.

Aqil

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
news24.az

2Источники