RU

Tramp Hindistanın böyük həcmdə Rusiya neftini almasından məyus olduğunu bəyan edib

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Hindistanın böyük həcmdə Rusiya neftini almasından məyus olduğunu bəyan edib.

AZƏRTAC-ın məlumatına görə, jurnalistlər ondan Hindistan və Rusiyanın ABŞ-ı itirdiyi ilə bağlı sosial media paylaşımını şərh etməsini istəyiblər.

"Bilirsiniz, mən çox məyus oldum ki, Hindistan Rusiyadan bu qədər neft alacaq. Buna görə də biz Hindistana çox yüksək tariflər qoymuşuq, 50 faiz çox yüksəkdir", - deyə Tramp bildirib.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
13
2
azertag.az

3Источники