RU

Neymarın həyatını dəyişəcək hadisə

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Adı açıqlanmayan braziliyalı iş adamı "Santos"un hücumçusu Neymara 1 milyard dollar vəsiyyət edib.

İdman.biz bildirir ki, bu barədə İspaniyanın “Terra” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, iş adamının 31 yaşı var, ailəli deyil, övladı yoxdur, səhhətində ciddi problemlər var. Hələ 2023-cü ildə iş adamı bütün sərvətinin braziliyalı futbolçuya gedəcəyinə qərar verib. Onun vəsiyyətnaməsi bütün qaydalara uyğun tərtib edilib. Biznesmen Neymarın oyununa heyran olduğunu və ona bir insan kimi hörmət etdiyini bildirib. Qeyd olunur ki, iş adamı da futbolçunun taleyinin öz taleyinə çox bənzədiyinə inanır.

Vəsiyyətnaməyə əsasən, braziliyalı oyunçuya daşınmaz əmlak, investisiyalar və şirkət səhmlərinin çatacağı bildirilir.

Xatırladaq ki, futbolçunun Braziliya klubu ilə hazırkı müqaviləsi bu ilin sonuna kimi hesablanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
65
1
icma.az

2Источники