RU

Tramp ABŞ Müdafiə Nazirliyinin Müharibə Nazirliyi adlandırılması barədə sərəncam imzalayıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi Pentaqonun adının dəyişdirilərək “Müharibə Nazirliyi” olunması ilə bağlı sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.

Tramp ABŞ-ın heç kimin rəqabət edə bilməyəcəyi dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına malik olduğunu deyib.

O, ABŞ-ın hər iki dünya müharibəsində məhz bu düzgün seçilmiş adla qalib gəldiyini bildirib.

Bu qərar həm də o deməkdir ki, müdafiə naziri Pit Heqset rəsmi görüş və mərasimlərdə artıq özünü müharibə naziri kimi təqdim edə biləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
3
apa.az

6Источники