RU

AFFA: Bu nəticə Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir

"Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, AFFA tədbir görəcək".

 

Bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

 

O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İslandiya - Azərbaycan oyununa münasibət bildirib:

 

"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin izahını gözləyirik. Santuş komandanı oyuna hazırlaya bilməyib".

 

Qeyd edək ki, İslandiya yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.

 

Tarix: 6 Sentyabr 2025, 08:08   
Избранный
1
4
pravda.az

8Источники