RU

Almaniya siyasətçisi sosial şəbəkələrə yaş məhdudiyyəti təklif edir

Almaniyanın Yaşıllar Partiyasının həmsədri Franziska Brantner 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsini dəstəkləyib.

Doğru.az xəbər verir ki, o, bu fikri Stuttgarter Zeitung-a müsahibəsində səsləndirib.

Deputat bildirib ki, sosial şəbəkələr “nəzarətdən çıxıb” və uşaqları asılı vəziyyətə salır:
“Yeniyetmə və daha kiçik yaşlarda uşaqları olan hər kəs burada nəyinsə nəzarətdən çıxdığını görür. Bu antisosial şəbəkələr uşaqlarımızı asılı vəziyyətə salır. Onları bundan qorumalıyıq”.

Franziska Brantner əlavə edib ki, bu təşəbbüsün praktikada həyata keçirilməsi üçün konkret mexanizmlər hazırlanmalıdır.

DOĞRU.AZ

Избранный
11
1
dogru.az

2Источники