RU

Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirilib (FOTO)

Bakı. Trend:

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsininbirinci zonasının açılış mərasimi olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Trend-ə verilən məlumatagörə, mərasimdən əvvəl Şamaxı şəhərində bu münasibətlə tədbirkeçirilib.

Bildirilib ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısıTahir Xəlilov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyininsədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin tabeliyində olan Regional Su MeliorasiyaXidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, təşkilatlarınrəhbərləri və əməkdaşları, o cümlədən Agentliyin və Şamaxı Rayonİcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Mərzəndiyyə kənd sakinləri bugünü səbirsizliklə gözləyirdilər. Artıq onlar keyfiyyətli vədayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, bu layihədövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyatakeçirilir. Mərzəndiyyə kəndi 1350 nəfərlik əhalisi, 220 evtəsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindənbiridir. Layihə iki zona üzrə planlaşdırılıb. Hazırda birinci zonaüzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir.Layihənin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı vəkeyfiyyətli içməli su ilə təmin olunmasıdır.

Tədbirdən sonra qonaqlar Mərzəndiyyə kəndində içməli suyunaçılış mərasimində iştirak ediblər. Kənd sakinləri bu işləringörülməsində əməyi olan hər kəsə, təşkilatçılara, mühəndislərə, busahədə çalışan işçilərə və dəstək verən bütün qurumlara dərintəşəkkürünü bildiriblər.

Qeyd edilib ki, layihə zamanı su buraxıcılar, hava buraxıcıqurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlarquraşdırılıb, 110 evə su verilib və sayğaclaşdırma prosesimərhələli şəkildə aparılır. Hazırda layihənin icrası davam edir vəçox yaxın zamanda 220 evin hər birinə fərdi su çıxışı veriləcək.Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi NasosStansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasosaqreqatı vasitəsilə 5628 metr uzunluğunda, diametri 110 mm olanpolietilen borularla su xətti çəkilib. Onun 1400 metri Şamaxı Rayonİcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində63 kub metr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6900 metruzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi qurulub.

Mərzəndiyyə
Mərzəndiyyə
Mərzəndiyyə
Mərzəndiyyə
Mərzəndiyyə
Mərzəndiyyə
Mərzəndiyyə
Избранный
52
19
az.trend.az

10Источники