RU

“Analıq məsuliyyətini anlamayan qadınlar...” - Nura Suri

Müğənni Nura Suri yeni açıqlamaları ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərək bildirib ki, analıq hissini ilk gündən dərk edib. 

O, konsertlərə belə qucağında uşaqla getdiyini deyib:   pizza

"Kənardan necə göründüyümü, haqqımda nə düşündüyünüzü bilmirəm. Amma mən 10 yaşına qədər Davidi ayağımda yellədib yatızdırmışam – kənd qadınları kimi. 

19 yaşımda ana olmuşam və analıq hissini, məsuliyyətini ilk gündən dərk etmişəm. Konsertlərə, tədbirlərə uşağım qucağımda, səhnə arxasında süd verib sonra səhnəyə çıxmışam. İstirahətə də həmişə övladlarımla getmişəm. Düzdür, yanımda dayələr də olub, amma övladlarımı heç vaxt diqqətdən kənarda qoymamışam".

Nura Suri qeyd edib ki, analıq məsuliyyətini anlamayan qadınlar dünyaya uşaq gətirməsinlər.

"Son zamanlar sosial şəbəkələrdə gördüyüm xəbərlər məni çox məyus edir. Valideynləri tərəfindən işgəncəyə məruz qalan, atılan, zorlanan uşaqları gördükdə uzun müddət özümə gələ bilmirəm".

Aydan Hacı


Telegram kanalımız
Избранный
57
10
yenisabah.az

10Источники