RU

Cəlilabadda fərdi təsərrüfatda quduzluq aşkarlandı - FOTO

CƏLİLABAD, 6 sentyabr. TELEQRAF

Cəlilabadda iribuynuzlu heyvan quduzluqdan tələf olub.

Teleqraf-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Kənd sakini Mirhüseyn Hüseynov bir neçə gün öncə təsərrüfatındakı iribuynuzlu heyvanlardan birinin yem yemədiyini görərək baytar həkiminə müraciət edib.

Heyvanın zəhərləndiyi ehtimal edilsə də, aparılan müayinə zamanı inəyin quduzluq xəstəliyinə yoluxduğu məlum olub.

Heyvanla təmasda olan ailə üzvlərinə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında quduzluq əleyhinə vaksin vurulub.

Избранный
12
teleqraf.com

1Источники