RU

“Şərurlu İsfəndiyar” geyindiyi köynəyin qiymətini açıqladı

“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun uzun müddətdir əksər məhkəmələrdə və müsahibələrində eyni köynəkdə görünməsi sosial şəbəkələrdə müzakirə olunub.

İzləyicilərdən bəziləri köynəyin hətta 9 min dollar qiymətinin olduğunu iddia ediblər.

"Cebheinfo.az"  xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, iş adamı sonuncu məhkəməsindən əvvəl bu barədə sualı da cavablandırıb.

“Şərurlu İsfəndiyar” əynindəki köynəyi 3 min 700 dollara aldığını açıqlayıb:

“9-10 min dollar qiyməti var deyirlər. Boş söhbətdir. 3 min 700 dollara almışam. Rəngi və materialını bəyəndiyim üçün də tez-tez geyinirəm. Qolumdakı qızıl saata gəlincə, köhnədən qalandır. Elə bir qiyməti yoxdur”.

Qeyd edək ki, İ.Axundov son vaxtlar daha çox gündəmə gəlir. Bu yaxınlarda onun milyonlarla qiyməti olan avtomobilləri üzərinə həbs qoyulub, özü isə xüsusi ittiham qaydasında məhkum edilib.

"Cebheinfo.az" 

Избранный
5
29
cebheinfo.az

10Источники