RU

“Azərbaycanın anti Qərb blokunda yer almaq istəyi yoxdur” Politoloq

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Qərb ölkələrinin liderləri İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə sentyabrın 3-də Pekində keçirilən hərbi paradda iştirak etmədilər. Halbuki Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı da dəvət etmişdi. Lakin Ağ Ev rəhbəri mərasimi ölkəsinə qarşı güc nümayişi kimi qiymətləndirərək qatılmaqdan imtina etdi”, 

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb.

Şahinoğlu qeyd edib ki, Pekindəki hərbi parad bir sıra ölkələrin narazılığına səbəb olub. Onun sözlərinə görə, Yaponiya rəsmiləri açıq bəyanat verməsələr də, “Kiodo” agentliyi adı açıqlanmayan mənbəyə istinadla paradı “qlobal bölünmənin simvolu” adlandırıb. Mənbə vurğulayıb ki, Çin və Rusiya yeni dünya nizamına başçılıq etmək istəyirlər.

Ekspertin fikrincə, bu yanaşmada həqiqət payı var: “Moskva və Pekin soyuq müharibədən sonra ABŞ-ın formalaşdırdığı birqütblü dünyaya son qoymağa çalışırlar. Bu məqsədlə Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-i genişləndirir, üzv ölkələr arasında bağlılığı artırmağa çalışırlar. Lakin onların istəkləri asanlıqla reallaşmır. Çünki bəzi ölkələr bu təşkilatlara qoşulsalar da, Qərblə əməkdaşlıqdan imtina etmirlər”.

Şahinoğlunun sözlərinə görə, Azərbaycanın ŞƏT-ə marağı sırf iqtisadi və ticarət mənafeləri ilə bağlıdır: “Azərbaycan bu təşkilata üzv ölkələrin onun nəqliyyat imkanlarından faydalanmasını istəyir. Amma ölkəmizin Rusiya və Çinin yaratmaq istədiyi anti-Qərb blokunda yer almaq niyyəti yoxdur. Eyni vəziyyət Mərkəzi Asiya ölkələrinə də aiddir – onlar ŞƏT üzvləri olsa da, ABŞ və Avropa İttifaqı ilə əlaqələrin genişlənməsində maraqlıdırlar”.

Politoloq əlavə edib ki, Moskva və Pekin ABŞ Prezidenti Donald Trampın “rüsum artırma” siyasətindən də yararlanmağa çalışır. ABŞ-dən narazı olan bəzi dövlətlər Çinə tərəf yönəlməyə başlayıblar. Bununla belə, Çinin siyasətindən ehtiyat edən ölkələr də az deyil.

“ABŞ və Yaponiya ilə yanaşı, Avstraliya da Pekindəki paraddan narazılıq göstərdi. Hətta Avstraliya hökuməti əvvəlcədən razılaşdırılmış tədbirin Kanberradakı konsert salonunda keçirilməsinə icazə verməyərək, onu Çin səfirliyinin binasında keçirməyə məcbur etdi. Avstraliyanın Çindəki səfiri də parada qatılmayaraq əvəzinə başqa diplomatı göndərdi”, – ekspert bildirib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
azpolitika.info

1Источники