RU

İlahiyyatçı: "Ehsan dedikdə aş, halva, yemək yada düşür"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ehsan dedikdə aş, halva, yemək yada düşür, halbuki bu yanlışdır".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.
O bildirib ki, əslində, ehsan yaxşılıq deməkdir.
"İnsanın yaxını vəfat edir, meyit qalır bir qıraqda, gedib yemək tədarükü görürlər, kəsmək üçün dana axtarırlar", - o əlavə edib.
İlahiyyatçının sözlərinə görə, bu mənada cəmiyyətdə belə mövzulara ictimai qınaq mütləqdir.
"Şadlıq sarayları və mərasim evlərinin sahibləri elə qiymətdə menyular təklif edirlər ki, alternativi olmur. Hazırda mərasim evlərindəki qiymətlərlə şadlıq saraylarında qiymətlər az qala eynidir. Belə şey olmaz axı. Bu mənəvi dəyərlərə ziddir, onun əleyhinədir".
Избранный
80
oxu.az

1Источники