RU

Rusiya Ermənistanı xəbərdar etdi

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiyası onun hüququdur, lakin bu, Rusiya ilə iqtisadi münasibətlərə mənfi təsir göstərə bilər.

Milli.Az xəbər verir ki, o, qeyd edib ki, Aİ ilə yaxınlaşma rüsumsuz ticarətin dayandırılması və fərqli tarif rejiminin tətbiqi ilə nəticələnə bilər. Bu isə xüsusilə kənd təsərrüfatı sektoruna ciddi zərbə vura bilər, çünki Rusiya Ermənistan üçün əsas bazarlardan biridir.

Overçuk əlavə edib ki, Aİ-yə inteqrasiya hava nəqliyyatı, yükdaşıma, enerji və ərzaq qiymətlərində fərqliliklər yaradacaq, İranla azad ticarət imkanlarını da zəiflədəcək.

Bununla belə, o, Ermənistanın Aİ ilə yaxınlaşmaqla yeni bazarlara çıxış və marşrutlar əldə edə biləcəyini də istisna etməyib.

"Nəticədə qərarı Ermənistan xalqı verəcək", - deyə Overçuk bildirib. 

Asya
Milli.Az

Избранный
2
2
milli.az

10Источники