RU

Xətai rayonunda avtoxuliqanlıq və narkotikin təsiri altında maşın idarə edən sürücülər həbs olunublar VİDEO

Bakı, 6 sentyabr, AZƏRTAC

Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda təhlükəsizliyin təmin olunması məqsədilə profilaktik tədbir keçirib.

Rayon Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü Cavid Vəliyev, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən Sadıx Rzayev və avtomobilin konstruksiyasında dəyişiklik edərək idarə edən daha bir sürücü saxlanılıb. C.Vəliyev və S.Rzayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük vəsiqəsi müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırılmaqla, 15 sutka inzibati qaydada həbs olunublar. Digər sürücü barəsində isə protokol tərtib olunub və avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.

 

Избранный
6
31
azertag.az

10Источники