RU

Dünya çempionatı: Azərbaycanın daha bir boksçusu mərhələ adladı

Azərbaycanın daha bir boksçusu İngiltərənin Liverpul şəhərində təşkil olunan dünya çempionatında mərhələ adlayıb.

Publika.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosu (Dominikan Respublikası) 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Избранный
15
10
publika.az

10Источники