Paytaxtı yox, qurumları köçürmək lazımdır — Deputat
"Bakı şəhəri Azərbaycanın əsas simvollarından biridir. Bakıda son dövrdə görülən işlər, şəhərsalma qaydalarına uyğun olaraq inkişaf etdirilməsi onun dəyərini daha da artırıb".
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, dünyanın bütün şəhərlərində olduğu kimi Bakıda da tıxac problemləri mövcuddur:
"Bundan çıxış yolları lazımdır. Bununla bağlı hökümətin müəyyən proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Mən hesab edirəm ki, paytaxtın köçürülməsindən daha öncə bir çox müəssisələrin, universitetlərin regionlara köçürülməsi daha doğru olar. Regionlarda daha çox iş yerlərinin açılması da Bakıda tıxan probleminə öz töhfəsini vermiş olar".