RU

Rəşad Dağlının oğlundan müraciət

Meyxanaçı Rəşad Dağlının oğlu Yusif "İnstagram" hesabından müraciət yayıb. 

News24.az "OLAY"- ya istinadən xəbər verir ki, o, müraciətində atasının iki il əvvəl çəkilmiş şəkillərini paylaşan saytlara öz iradını bildirib. 

“Bilirəm, köhnə şəkilləri paylaşaraq reklam qazanırsız, ancaq bu şəkillərin paylaşılmağı həm mənə, həm ailəmə, həm də atama problem yaradır. Şəkilləri silən xəbər saytlarına təşəkkür edirəm, silməyənlərin isə insafına buraxıram” - deyə, qeyd edib.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da  qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. O, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Избранный
198
1
news24.az

2Источники