RU

Çexiya Almaniyadan 44 ədəd “Leopard” tankının alınmasını təsdiqlədi

Bu addım NATO üzvü olan ölkənin hərbi xərclərini onilliyin sonuna qədər ÜDM-in 3%-inə çatdıracağını açıqlamasından yalnız bir neçə ay sonra gəldi.

Çexiya hökuməti Ordusunu modernləşdirmək məqsədilə Almaniyadan 1.4 milyard avro dəyərində 44 ədəd “Leopard 2A8” tankının alınmasını təsdiqləyib.

“Poliqon” “Euronews”a istinadən xəbər verir ki, bu qərar Çexiya Müdafiə Nazirliyinin ötən ay sözügedən müqaviləni dəstəkləməsindən sonra verilib.

Bununla bağlı açıqlama verən Çexiyanın müdafiə naziri Jana Çernoxova bildirib ki, tanklar 2028-2031-ci illər arasında çatdırılacaq və onların ümumi dəyəri 34 milyard kron (1.4 milyard avro) olacaq.

Çexiyanın daha sonra əlavə olaraq 14 ədəd tank almaq imkanı da var.

Избранный
4
poliqon.az

1Источники