RU

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycanın hava məkanından keçdi…


Ermənistan Baş Nazirliyinin sözçüsü Nazeli Bağdasaryan Paşinyanın təyyarəsinin ilk dəfə Azərbaycanın hava məkanından istifadə etdiyini açılayıb.

Bağdasaryan qeyd edib ki, Paşinyan avqustun 30-da başlayan beynəlxalq səfəri çərçivəsində Azərbaycanın hava məkanından istifadə edərək, sentyabrın 6-na keçən gecə eyni marşrutla ölkəyə qayıdıb.

Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar.

Bağdasaryan bildirib ki, onlar bunu regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində əməli addım kimi qiymətləndirirlər. O, Naxçıvana uçuşlar həyata keçirən Azərbaycan təyyarələrinin də uzun müddətdir ki, Ermənistanın hava məkanından istifadə etdiyini xatırladıb.

TAHİR

Избранный
4
baki-xeber.com

1Источники