Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
DÇ-2026-nın seçmə mərhələsiİslandiya - Azərbaycan 5:0 (1:0)1. Elias Rafn Olafsson3. Daniel Leo Qretarsson5. Sverrir İnqason4. Viktor Palsson(19. Byarki Steinn Byarkason, 78)23. Mikael Ellertsson7. Hakon Haraldsson (k)8. İsak Berqmann Yohannesso16. Stefan Tordarson(15. Villum Villumsson, 69)10. Albert Qudmundsson(20. Kristian Hlinsson, 69)11. Yon Daqur Torsteinsson(18. Mikael Anderson, 69)22. Andri Qudyonsen(21. Daniel Qudyonsen, 69)Ehtiyat oyunçular12. Hakon Valdimarsson13. Anton Eynarsson2. Loqi Tomasson6. Gisli Tordarson9. Saevar Atli Maqnusson14. Torir Yohann Helqason17. Brinyolfur VillumssonBaş məşqçi: Arnar Qunnlauqsson1. Şahruddin Məhəmmədəliyev2. Rəhman Daşdəmirov(17. Toral Bayramov, 55)4. Bəhlul Mustafazadə14. Elvin Bədəlov(18. Cəlal Hüseynov, 62)3. Elvin Cəfərquliyev13. Abbas Hüseynov(21. Qismət Alıyev, 72)6. Səbuhi Abdullazadə20. İsmayıl İbrahimli(11. Ozancan Kökçü, 55)8. Emin Mahmudov (k)(7. Anatoli Nuriyev, 62)10. Mahir Emreli19. Nəriman AxundzadəEhtiyat oyunçular12. Aydın Bayramov23. Rza Cəfərov5. Anton Krivotsyuk16. Ceyhun Nuriyev9. Renat Dadaşov22. Musa Qurbanlı15. Xəyal ƏliyevBaş məşqçi: Fernandu SantuşQollar: V.Palsson, 45+2 (1:0). İ.B.Yohannesso, 47 (2:0). İ.B.Yohannesso, 56 (3:0). A.Qudmundsson, 66 (4:0). K.Hlinsson, 76 (5:0).Vərəqələr: R.Daşdəmirov, 30. A.Hüseynov, 72. M.Ellertsson, 84.Hakimlər: SANDER VAN DER EYK, Rens Blümink, Stefan De Qrot, Mark Naqteqaal (hamısı Niderland).VAR hakimi: Yeron Manşot (Niderland).VAR hakiminin köməkçisi: Klay Ruperti (Niderland).Hakim-inspektor: Toman Eynvaller (Avstriya).UEFA nümayəndəsi: Marvin Robinson (İngiltərə).5 sentyabr. Reykyavik, “Lyoyqartalsvyotlyur” stadionu. 4021 tamaşaçı.Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki mübarizəsi Reykyavikdə start götürdü. D qrupu çərçivəsində keçirilən matç İslandiyanın təzyiqiylə başlasa da, müdafiə xəttində etibarlı oyun nümayiş etdirən yığmamız asanlıqla "ağ bayraq" qaldırmaq niyyətində olmadığını ortaya qoydu. Hətta daha diqqətli davransaq, ilk 5 dəqiqədə qazanılan fürsətləri dəyərləndirə bilərdik. Sadəcə, əvvəl Nəriman oyundankənar vəziyyətdə olduğundan bəxtini sınaya bilmədi. Elvinin sol cinahdan cərimə meydançasına ötürmə etməsi sayəsində ələ keçən şans isə Mahirin Olafssona toxunması ucbatından əldən çıxdı. Belədə qapıyazərbəylə tamamlanan ilk epizoda meydan sahiblərinin ifasında şahidlik etdik. Xoşbəxtlikdən, 9-cu dəqiqədə qeydə alınan hücum Qudyonsenin ötürməsini qarşılayan Haraldssonun başla endirdiyi qeyri-dəqiq zərbəylə tamamlandı. Düzü, İslandiya hesabı açan tərəf olmaq yönündə nə qədər israrlı görünürdüsə, müdafiə olunmağa üstünlük verən yığmamız da ilk 25 dəqiqənin 77 faizini topa sahibolmaqla keçirən rəqibi sevindirməməkdə o qədər israrlı idi. Ancaq meydan sahiblərinin buna qədər arzusuna çata bilməməsi təkcə bizimkilərlə əlaqəli deyildi. Ona görə ki, meydan sahibləri 24-cü dəqiqədə ələ keçən fürsəti də özləri puç etdi. Daha doğrusu, Yohannesso Haraldssonun çatdırdığı topu qeyri-dəqiqlik üzündən tora qovuşdura bilmədi.Yığmamızın meydandakı varlığını isə 26-cı dəqiqədə hiss etdik. "Ev tapşırığı" fonunda künc zərbəsi yerinə yetirən milli Emin-İsmayıl-Mahir kombinasiyası sayəsində hesabı açmağa yaxın idi ki, top sonuncunun başla zərbəsindən sonra tirin üstündən keçdi. Əslində, yığmamız 38-ci dəqiqədə də təhlükəli epizod nümayiş etdirə bilərdi. Sadəcə, Abbas Eminin cərimə meydançasına göndərdiyi topa başla yöndəmsiz zərbə endirməklə yadda qaldı. Hər halda, daha tutarlı hücum cəhdlərinə imza atan meydan sahibləri fasiləyə qədər hesabı açmağa müvəffəq oldu. Başqa sözlə, İslandiya 45+2-ci dəqiqədə Qudmundssonun künc zərbəsindən göndərdiyi topu Palssonun başla tora qovuşdurması sayəsində paltardəyişmə otağına xoşbəxt yollandı. Kaş qayıtmazdılar...İslandiya ikinci hissədə millimizə cəhənnəm yaşatdı. Meydan sahibləri fasilədən qayıdar-qayıtmaq, dəqiqi, 47-ci dəqiqədə fərqi artırdı. Düzdü, Şahruddin əvvəlcə Qudyonsenin ötürməsi sayəsində fərqlənməyə çalışan Torsteinssonu zərərsizləşdirə bildi. Ancaq Yohannessonun meydanda qalan topu başla "çərçivə"yə göndərməsinə qarşı çıxmaq mümkün olmadı. Qudmundssonun tirin xeyli üstündən keçən zərbəsindən sonra ruhdan düşməyən, növbəti hücumunu reallaşdıran İslandiya fərqi darmadağın həddinə çatdırdı. Buna 56-cı dəqiqədə Yohannessonun Torsteinssonla "divar paslaşması"ndan sonra dubl etməsi səbəb oldu. Əlbəttə, burda Elvin, Bəhlul və Səbuhinin aciz çıxışının da rolunu qeyd etməliyik. Bəs, Şahruddin? O hələ Torsteinssonu zərərsizləşdirmək məqsədilə irəli atılanda yerdə qalmışdı...Düzdü, artıq nəinki qələbə, heç-heçə haqda düşünmək belə yumşaq dildə desək, tragikomik olardı. Ancaq İslandiyanın daha iki qol vurması nəticəni faciəyə çevirdi. Bəli-bəli, meydan sahibləri 67-ci dəqiqədə müdafiəçilərimizin, xüsusən, Bəhlulun diqqətsizliyindən maksimum faydalaraq hesabı 4:0 etdi. Bu dəfə Qudmundsson Haraldssonun ötürməsi sayəsində adını tabloya yazdırdı. Yekun hesabı təyin edən qol isə 76-cı dəqiqədə vuruldu. Hlinssonun təxminən 30 metr məsafədən yerinə yetirdiyi cərimə zərbəsi sayəsində top birbaşa "çərçivə"dən keçdi. Yaxşı ki, qola doyan İslandiya qalan vaxtda millimizi daha böyük rəzilliklə üz-üzə qoymadı. Beləliklə, millimiz tarixinin növbəti biabırçı nəticəsiylə barışmalı oldu...KƏNAN BAHADIR Gözdən qaçmadı* Biz, yəni azərbaycanlı jurnalistlər stadiona çatanda Bakı vaxtı ilə 21.00 idi. Heç bir azarkeş gözə dəymirdi. Reykyavik üçün xarakterik olan yağış tezliklə kəsdi, bu yöndə narahatlıq aradan qalxdı. 21.10-da hakimlər briqadası qazonun vəziyyətini yoxladı. Start fitinə 45 qalmış Azərbaycan yığmasının oyunçuları isinmə hərəkətlərinə çıxdı.* Yığmamızı “Milli dəstə”nin beş üzvü dəstəkləyirdi. Oyun başlayana yaxın say 12-yə çatdı. Ənənəvi böyük təbil, ölkəmizin 6 bayrağı da öz yerində. “Milli dəstə” 75-ci dəqiqədən sonra tribunanı tərk etdi. Doğrudan da, yığmanın belə biabırçı oyununa dözmək çətin idi* Oyundan əvvəl Birkir Byarnasonun futboldan yolasalma mərasimi keçirildi. İslandiya yığmasının AÇ-də, ümumiyyətlə, beynəlxalq turnirlərdə ilk qolunun müəllifi alqışlar altında yola salındı.* Yerli futbolçuların topu autdan oyuna daxil edərkən topdaşıyan uşaqlardan dəsmal alması da maraqlı mənzərə idi.MAHİR, Reykyavik
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.