RU

Universitetlər subbakalavrları istəmir: Səbəblər bəllidir

Bir neçə ildir ki, Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına (kollecdəki ixtisasın eyni) Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna bilirlər. Yüksək texniki peşə təhsilini bitirən şəxslərə də subbakalavr ixtisas dərəcəsinin verilməsi bu çevrəni daha da genişləndirib. Həm kollec, həm yüksək peşə təhsili məzunlarının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması təhsildə fasiləsizliyin təmin edilməsi və ali təhsilin hamı üçün əlçatan olması baxımından təqdirəlayiq hal kimi dəyərləndirilir.

Hazırda subbakalavrların ali təhsil müəssisələrinə qəbul qaydalarında hər hansı problem yoxdur. Amma ali təhsil müəssisələrinin subbakalavrların imtahansız qəbulu və universitetləri “zəbt” etmələri ilə bağlı etirazları eşidilməkdədir. Məsələn, təkcə ötən tədris ilində 5000-dən çox subbakalavr ali məktəbə imtahansız qəbul olub.

“Subbakalavrların çoxu işləyir, dərsə gəlmirlər. Həmçinin təlim prosesində onlardan nəticə əldə etmək çox çətin olur. Subbakalavrların sayı çox olduqda ali məktəblər şikayət edir”, - deyə DİM sədri bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib. Yəni ali məktəblər subbakalavr məzunlarını tədris prosesinə inteqrasiya etməkdə çətinlik çəkirlər.

Tələbə sayını artırmaq üçün

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya Məktəbinin həmtəsisçisi Hamlet İsaxanlı məsələyə dünya təcrübəsi nümunəsindən yanaşır. Onun sözlərinə görə, subbakalavrlarla bağlı digər ölkələrdə də belə ənənə var: “ABŞ-də “icma kollecləri” çox geniş yayılıb. İki illik təhsillə ayrıca fəaliyyət göstərirlər. Türkiyədə “yüksək məslək okullar”ı (yüksək peşə məktəbləri) deyilir. Türkiyənin bütün universitetlərinin nəzdində ikiillik məktəblərdə yüksək məslək sahiblərini hazırlayırlar”.

H.İsaxanlı bildirir ki, Azərbaycanda sovet dövründə texnikumlar fəaliyyət göstərsə də, sonra ləğv olunub və yeniləri qurulmayıb: “Sonralar Elm və Təhsil Nazirliyi “universitetlər istəsələr götürə bilərlər ki, onlarda sənət məktəbləri olsun”, - deyə ali məktəblərə təklif etdi. Yadımdadır ki, mən bu təklifin əleyhinə oldum. Çünki o, əslində sənət məktəblərinin məhv edilməsi deməkdir. Onlar ayrıca olanda o tələbələri müxtəlif sənət sahibləri kimi hazırlamaq olurdu. Ali məktəblərə verəndə, onlar zəif tələbə kimi gəldilər. Digər tərəfdən, ali məktəblərdə tələbələrin sayını artırmaq məqsədi daşıyırdı. Mən bunu iflas sayıram. Bu, Azərbaycanda peşə təhsilinə faktiki zərbə vurdu, ali məktəblərə də keyfiyyətsiz tələbə verdi. Buna görə də Xəzər Universiteti kənarda durdu. “Tələbə sayını magistratura, doktorantura, elmi tədqiqatla artırarıq”, - dedim”.

Ya distant, ya da qiyabi oxumaq istəyirlər

Избранный
85
4
publika.az

10Источники