Adananın Seyhan rayonunda yaşayan 48 yaşlı Murat Gözde tövsiyə ilə aldığı saçları qaralayan şampundan istifadə etdikdən sonra üzünün şişdiyini, başında yaralar əmələ gəldiyini iddia edib.
Ölkə.az xəbər verir ki, Murat Gözde saçları ağardığı üçün bərbərinin tövsiyəsi ilə internetdən saçları qaraldan şampun alıb.
Şampunu ilk olaraq istifadəçi təlimatında olduğu kimi dirsəyinə sürtdüyünü iddia edən Gözde heç bir reaksiya olmadığı üçün 48 saat sonra saçını və üzünü yuyub. Qısa müddət sonra üzündə allergik reaksiya meydana gəlib. Gözde üzünün və gözlərinin şişdiyini, başında yaraların əmələ gəldiyini və bunun da infeksiyaya yol açdığını bildirib. “Vəziyyətim dəhşətlidir. Gözlərimi itirməkdən və zədələnməsindən qorxuram”, - o qeyd edib.
Gözde həkimin məsləhətindən sonra sakitləşdirici kremlərdən istifadə etməyə başlayıb.
Gözde üzü şişmiş və göyərmiş formada polis bölməsinə gedərək şirkətdən şikayət edib.
O həmçinin əlavə edib ki, aldığı şampun saçlarının qaralmasına da kömək etməyib.
Mürtəza
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта