Eurobasket-2025-də mübarizə davam edir.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə millisi 1/8 finalda İsveçlə üz-üzə gəlib.
Görüş "ay-ulduzlular"ın 85:79 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə komanda adını 1/4 final mərhələsinə yazdırıb.
Qeyd edək ki, Türkiyənin buradakı rəqibi Polşa - Bosniya və Herseqovina matçının qalibi olacaq.
"Cebheinfo.az"