RU

“Dinamo” Putinə heyran olan rumını transfer etdi: Kiyevdə ara qarışdı

Kiyev “Dinamo”sunun azarkeşləri rumıniyalı yeni futbolçu Vladislav Blenutsanı hədələyiblər.

Publika.az xəbər verir ki, Ukrayna klubu “Universitatea Cluj”un 23 yaşlı hücumçusu ilə sentyabrın 2-də müqavilə imzalayıb. Bundan sonra sosial şəbəkələrdə Blenutsanın “TikTok” hesabında fəal müzakirələr başlayıb, o, Rusiya prezidenti Vladimir Putinin və teleaparıcı Vladimir Solovyovun sözlərinə heyran olduğunu əks etdirən videoları yayımlayıb.

Vladislav hesabını bağlayıb və “Dinamo” sentyabrın 4-də rəsmi açıqlama verib.

“Vladislavın alınması ilə bağlı razılıq transfer pəncərəsinin son dəqiqələrində əldə olunub və o, Vanatın “Jirona”ya keçidi ilə bağlı idi. Onda futbolçu ilə danışıqlarda onun mövqeyinə şübhə yox idi.

Sosial şəbəkələrdə futbolçu ilə bağlı müəyyən nalayiq məzmunlu məlumatlar yayılan kimi klub araşdırma aparıb və futbolçu ilə yeni danışıqlar aparıb. O, səhvlərini etiraf edib.

Избранный
50
publika.az

1Источники