RU

Fiko: Slovakiya Ukraynaya əsgər göndərməyəcək

Slovakiya Ukraynaya əsgər göndərməyəcək, lakin bu ölkəyə beynəlxalq təhlükəsizlik təminatlarının həyata keçirilməsində maddi-texniki yardım göstərəcək.

Operativ Media xəbər verir ki, bunu Slovakiya radiosunun “Şənbə dialoqları” proqramında çıxışı zamanı respublikanın baş naziri Robert Fiko bildirib.

Baş nazirin sözlərinə görə, “Slovakiya öz əsgərlərini Ukrayna ərazisinə yerləşdirməyəcək. Digər tərəfdən, Slovakiya logistika baxımından mühüm ölkədir. Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşma əldə olunacağı təqdirdə biz yardım göstərə bilərik və buna hazırıq”.

Избранный
71
operativmedia.az

1Источники