RU

Ramzan Kadırov şəxsi təyyarəsi ilə bağlı iddialara cavab verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov şəxsi təyyarəsinin olması barədə yayılan xəbərləri təkzib edib.

Doğru.az xəbər verir ki, RİA Novosti-yə açıqlamasında Kadırov, yalnız ildə bir dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər etdiyini vurğulayıb: “Mənim şəxsi təyyarələrim yoxdur. Əmirliklərə də yalnız iqtisadi məsələlərlə bağlı gedirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Kadırov bir müddət əvvəl Vedenski rayonunun dağlıq ərazisində yerləşən Xarkaroy kəndinə hələ də getmədiyini açıqlamışdı.

DOĞRU.AZ

Избранный
63
1
dogru.az

2Источники