Tailandda keçirilən dünya çempionatında Türkiyə qadın voleybol yığması tarixi uğura imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, “ay-ulduzlular” yarımfinal mərhələsində Yaponiya komandasını 3:1 hesabı ilə məğlub edərək ilk dəfə finala yüksəlib.
Türkiyə millisinin həlledici görüşdəki rəqibi isə İtaliya – Braziliya duelinin qalibi olacaq.