İsrail Müdafiə Qüvvələrinin mexanikləşdirilmiş patrulu Suriyanın cənubundakı Bir Əcəm və Breyqa yaşayış məntəqələrini radikallardan təmizləyib.
Publika.az xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.
Kəndlərin təmizlənməsi İsrail PUA-larının dəstəyi altında həyata keçirilib.
İsrail sentyabrın 4-də Suriyaya növbəti döyüş əməliyyatı keçirib. İsrail mütəmadi olaraq Suriyaya qoşun göndərir və yerli sakinlər bir neçə dəfə saxlanılıb.