“Trabzonspor” “Beşiktaş”ın futbolçusu Ernest Muçini transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, alban oyunçu 2025/26 mövsümü üçün satın alma opsionu ilə birlikdə icarəyə götürülüb.
“Trabzonspor” “Beşiktaş”a 1 milyon avro + ƏDV icarə haqqı ödəyəcək. Bu məbləğ 3 hissə üzrə ödəniləcək. Satın alma opsionundan istifadə olunacağı təqdirdə, “Beşiktaş”a 8 milyon 500 min avro + ƏDV məbləğində transfer haqqı 5 hissə üzrə ödənəcək.
Bildirilib ki, 1+3 illik müqavilə çərçivəsində Muçinin 2025/26 mövsümündəki bütün maliyyə xərclərini “Trabzonspor” qarşılayacaq.