RU

“Barselona” Levandovskini göndərir

“Barselona” 37 yaşlı hücumçu Robert Levandovskinin 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzatmaq niyyətində deyil.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən yaydığı məlumata görə, futbolçunun özü də komandadan ayrılmaq istədiyini bildirib.

İqtisadi səbəblərdən klub Levandovskini xarici transferlərlə deyil, daxili resurslardan istifadə etməklə əvəz etməyi düşünür. Həmin variant çərçivəsində 25 yaşlı Ferran Torresin hücum mövqeyində daimi forma geyməsi nəzərdən keçirilir.

Qeyd olunur ki, cari mövsümdə Torres “Barselona”nın start heyətində əsas hücumçu kimi özünü təsdiqləməlidir. İspan futbolçuya klubun idman direktoru Deko və baş məşqçi Hans-Diter Flik etimad göstərir.

Ötən mövsümdə Levandovskinin bütün yarışlarda 52 oyunu olub, 42 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Torres isə 45 oyunda 19 qol və 7 assistlə fərqlənib.

Избранный
50
90deqiqe.az

1Источники