RU

“Slipstream verməmək doğru seçim oldu”

“Ferrari” komandasının rəhbəri Frederik Vasser İtaliya Qran-prisinin təsnifat mərhələsində Şarl Leklerə sipleştirim (slipstream) verilməməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "FormulaPassion"  funksionerin dediklərini belə çatdırıb. 

“Biz Leklerə sipleştirim verməyi nəzərdən keçirdik. Amma düşünürəm ki, təkəri daha yaxşı hazırlamaq üçün isinmə dövrəsinə fokuslanmaq düzgün qərar idi. Hər halda, fərqi çox hiss etməzdi, çünki aradakı fərq nəzərəçarpacaq səviyyədə deyildi. Bu trasda hər kəs müəyyən problemlərlə üzləşir. Məsələn, Norris ikinci təsnifat seqmentində demək olar ki, mübarizədən çıxırdı.

Görək, sabah vəziyyət necə olacaq. Bizdə yaxşı temp var idi və birinci döngəyə qədər məsafə böyükdür. Bu trasda ikinci sıradan start müəyyən üstünlük verə bilər.”

Избранный
67
90deqiqe.az

1Источники