RU

Keçmiş prezident özünə gözlənilməz iş tapdı

BAKI, 6 sentyabr. TELEQRAF

Ötən ay səlahiyyətlərini Karol Navroçkiyə təhvil verən Polşanın keçmiş prezidenti Anjey Duda özünə yeni iş tapıb.

Teleqraf xəbər verir ki, o, məşhur "YouTube" kanalında siyasi tok-şousun aparıcısı olacaq.

"Məmuniyyətlə elan edə bilərəm ki, Kanal Zero-nun yeni müəllifi var. Prezident Anjey Duda 16 aktual mövzuda 16 veriliş hazırlayacaq. Onlarla həmsöhbət, anlar, situasiyalar. Xatirələr və cari məsələlərə baxış.

Premyera sentyabrın 15-də olacaq", - bunu Polşa media kanalının yaradıcısı Kriştof Stanovski "X" sosial şəbəkəsində yazıb.

Избранный
17
3
teleqraf.com

4Источники