RU

Ruslar Zaporojyeyə PUA larla hücum etdi: yaralılar var

Axar.az saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 6-da axşam saatlarında rus işğalçıları Zaporojyeyə PUA-larla hücum ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb .

"Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından bir nəfəri xilas edib. İlkin məlumata görə, daha iki nəfər xəsarət alıb. Yaşayış binaları və uşaq bağçası qismən dağılıb, 80 kvadratmetrə yaxın yanğın baş verib”, - məlumatda bildirilib.

Eyni zamanda, Zaporojyenin rəhbəri İvan Fedorov bildirib ki, Rusiya ordusu ən azı 7 PUA ilə zərbə endirib, nəticədə şəhərdə bir neçə yanğın baş verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
3
axar.az

4Источники