RU

İribuynuzlu heyvan qəzaya səbəb oldu - ölən və xəsarət alan var

Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan qadınlardan biri ölüb, digəri isə (hər ikisinin şəxsiyyəti müəyyənləşdirilir - red) xəsarət alıb.

Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Избранный
49
4
azreform.info

6Источники