RU

"Microsoft": "Qırmızı dənizdə beynəlxalq sualtı fiber-optik kabellər zədələnib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Microsoft Azure" bulud platformasının istifadəçiləri Qırmızı dənizdə bir neçə beynəlxalq sualtı kabellərin zədələnməsi səbəbindən problemlərlə üzləşə bilərlər.
Oxu.Az-ın "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Microsoft"un açıqlamasında bildirilir.
"Asiya və Avropa regionlarından başlayıb Yaxın Şərqdən və əks istiqamətdə keçən trafik Qırmızı dənizdə bir neçə sualtı fiber-optik kabelin zədələnməsi səbəbindən gecikmələrlə üzləşə bilər", - deyə məlumatda bildirilir.
Şirkət xəbərdarlıq edib ki, kabellərin bərpası vaxt aparacaq. Zərərin səbəbi açıqlanmır.
Qeyd olunur ki, Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin Qırmızı dənizdəki gəmilərə davam edən hücumları səbəbindən sualtı kabellərin təmiri asan məsələ olmaya bilər.
Избранный
66
1
oxu.az

10Источники