RU

Meydanda deşik yarandı, milli komandaların oyunu dayandırıldı

2026-cı il dünya çempionatının seçmə mərhələsində Avstriya və Kipr yığmaları arasında keçirilən oyun qeyri-adi səbəbdən dayandırılıb.

Publika.az xəbər verir ki, matçın sonuna təxminən 15 dəqiqə qalmış Linzdəki stadionun meydançasında çuxur əmələ gəlib. Avstriyalı qapıçı Aleksander Şlagerin cərimə meydançasına yaxın hissədə 20 santimetr dərinlikdə yaranan bu çuxura görə hakim Yakob Kehlet oyunu 7 dəqiqəlik dayandırıb

Stadion işçiləri “Raiffeisen Arena”da çuxuru torpaqla doldurduqdan sonra oyun bərpa olunub.

Избранный
68
publika.az

1Источники