RU

Rusiya Ukraynaya rekord sayda dron və raketlə hücum etdi

BAKI, 7 sentyabr. TELEQRAF

Rusiya ötən gecə Ukraynaya qarşı 800-dən çox zərbə PUA-sı və raketdən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

"Ukrayna səmasında 805 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli imitasiya dronları, 9 ədəd “İskander-K” qanadlı raketi, 4 ədəd “İskander-M/KN-23” ballistik raketi aşkarlanıb.

Hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti nəticəsində əksər hədəflər zərərsizləşdirilib. 747 PUA və 4 “İskander-K” raketi vurulub.

Komandanlığın məlumatına görə, 37 fərqli məkanda 9 raket və 56 zərbə PUA-sının hədəfə dəyməsi, həmçinin 8 yerdə vurulan PUA qalıqlarının düşməsi qeydə alınıb.

Избранный
23
14
teleqraf.com

10Источники