RU

Abbas Araqçi: “İran və AEA ikitərəfli əməkdaşlıq üçün yeni çərçivələrin əldə olunmasına yaxınlaşıb”

İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi Vyanada nüvə proqramı ilə bağlı keçirilən üçüncü texniki danışıqları pozitiv adlandırıb.

APA xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

O deyib ki, İran və Atom Enerjisi Agentliyi ilə ikitərəfli əməkdaşlıq üçün yeni çərçivələrin əldə olunmasına yaxınlaşıb.

Qeyd edək ki, Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq iyun ayında İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehran tərəfindən dayandırılmışdı.

Избранный
33
3
apa.az

5Источники