RU

İranın AEBA ilə əməkdaşlıqda yeni çərçivəyə ehtiyacı var – Araqçi

Bakı. Trend:

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA)əməkdaşlıq etməsi istiqamətində yeni çərçivəyə ehtiyacı var.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi 6sentyabrda İranın Azad və Ticarət Zonalarının İmkanları vəİnvestisiya Fürsətləri Milli konfransında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Atom Enerjisi üzrəBeynəlxalq Agentliklə müzakirələr başlanıb.

“İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik əməkdaşlıq üzrəyeni çərçivənin əldə olunmasına yaxınlaşıb”, - deyə o qeydedib.

Qeyd edək ki, İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinəzərbələrin endirməsindən sonra İran AEBA ilə əməkdaşlığınıdayandırıb.

Избранный
70
1
az.trend.az

3Источники