RU

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasənyağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bu barədə Trend-əMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 20-24° isti, gündüz27-31° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu,nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlardaəsasən yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyirayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, doludüşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq,mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti,dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacaq.

Избранный
30
49
az.trend.az

10Источники