RU

Rusiya Ukraynaya rekord sayda pilotsuz təyyarə və raket zərbəsi endirib

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Sentyabrın 6-dan 7-nə keçən gecə Rusiya ordusu Ukraynaya hücum etmək üçün 800-dən çox hava hücumu silahından istifadə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Bildirilib ki, buraya 810 pilotsuz uçuş aparatı, doqquz “İsgəndər-K” və “İskəndər-M” raketləri, həmçinin KN-23 sistemlərindən atılan dörd ballistik raket daxildir.

“Hava hücumundan müdafiə sistemləri 747 pilotsuz uçan aparatı və dörd İsgəndər-K raketini vurub, baxmayaraq ki, 9 raket və 56 pilotsuz təyyarə 37 yerdə hədəfləri vurub. Bu, müharibə başlayandan bəri istifadə edilən ən çox raket və pilotsuz təyyarə idi”, - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
59
yeniavaz.com

1Источники